<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>116</hymn_number>
<lyrics>[V1]
 Yaradanım, yüksəklərdən ucasan,
 Sonu bitməz məhəbbətin var Sənin.
 Rəbb Allahım, ürəklərdə təkcəsən,
 Tükənməyən sədaqətin var Sənin.

[C1]
   Ata Allah, hər an Səni istərəm,
   Ruhdan olan Rəbb İsanı istərəm.
   Hər bir xalqın, hər insanın, istərəm,
   Ürəyi Allahın məbədi olsun,
   Bu məbəd, Allahım, əbədi olsun.

[V2]
 Varmı Səndən yüksək varım, dövlətim?
 Müqəddəs Ruh ürəklərin sərvəti.
 Ey ümidim, ey böyük məhəbbətim,
 Yenilməyən güc, qüdrətin var Sənin.

[V3]
 Rəbbim İsa bizə böyük yol açıb,
 Səndən olan qüdrət ilə nur saçıb.
 Neçə insan neçə dildə dil açıb
 Danılmayan bir hikmətin var Sənin.</lyrics>
<title>Yaradanım, yüksəklərdən ucasan İL116</title>
</song>